İtaliyanın "Maschio Gaspardo Group" şirkətinin İdarə Heyəti sədrinin müavini Prezidenti İlham Əliyevə məktub göndərib

İtaliyanın "Maschio Gaspardo Group" şirkətinin İdarə Heyəti sədrinin müavini Prezidenti İlham Əliyevə məktub göndərib
# 12 dekabr 2020 16:57 (UTC +04:00)

İtaliyanın "Maschio Gaspardo Group" şirkətinin İdarə Heyəti sədrinin müavini Andrea Masçiodan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident.

Sizi və xalqınızı "Maschio Gaspardo Group" şirkəti adından Azərbaycan torpaqlarının iyirmi səkkiz illik işğaldan azad olunması uğrunda müharibədə qazandığınız Qələbə və sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm. Sizin güclü liderliyinizlə və belə qısa müddət ərzində qazanılan tarixi hərbi uğura şahidlik etmək çox gözəldir.

Sizi həm müasir Azərbaycanın, həm də bütün bölgənin tarixində yeni bir səhifə açan bu şanlı Qələbə münasibətilə bir daha təbrik edirik. Bu Qələbə böyük potensiala və artan geostrateji əhəmiyyətə malik olan bölgə üçün çoxşaxəli və nadir imkanlar, inklüziv regional əməkdaşlıq və davamlı inkişaf üçün parlaq perspektivlər ortaya qoyur.

Sizə ölkənizin işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah diləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR