İvan Korçok: “Slovakiya üçün ərazi bütövlüyü önəmlidir”

İvan Korçok: “Slovakiya üçün ərazi bütövlüyü önəmlidir”
# 17 mart 2021 13:59 (UTC +04:00)

“Slovakiya üçün ərazi bütövlüyü önəmlidir. Bu, xarici siyasət strategiyamızda əksini tapıb və Azərbaycana münasibətdə də belədir”.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok deyib.

Slovakiyalı nazir qeyd edib ki, münaqişənin həllindən sonra hər iki icmanın sülh şəraitində yaşamasını təmin etmək önəmlidir.

Slovakiyanın etimad yaratma tədbirlərində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdıran XİN başçısı vurğulayıb ki, ölkəsi vacib regional əlaqələr və ikitərəfli münasibətlərin inkişafında da maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR