Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
# 25 may 2020 17:19 (UTC +04:00)

Kanadanın General-Qubernatoru Jüli Peyet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə bütün kanadalılar adından Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm.

Bu əlamətdar gün bizə beynəlxalq əməkdaşlığımızı, təhsil mübadiləsi və ticarət sahələrində əlaqələrimizi, eləcə də qadınların səlahiyyətlərinin artırılması, demokratiya və qanunun aliliyi kimi prinsiplərə birgə sadiqliyimizi qeyd etmək imkanı verir. Fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan xalqlararası əlaqələrimiz ikitərəfli əməkdaşlığımızın möhkəm təməlini təşkil edir və bizim çoxşaxəli cəmiyyətimizə və firavanlığa öz töhfəsini verməkdədir.

Bununla yanaşı, Kanada Azərbaycanın ətraf mühitin idarə olunmasının yaxşılaşdırılması və iqlim dəyişikliyinin yumşaldılması istiqamətində davamlı səylərini dəstəkləyir.

Bizim hər birimizin üzləşdiyi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Kanada Azərbaycan xalqı ilə birgə ölkənizin müstəqilliyinin və ümidverici gələcəyinin qeyd olunmasına qoşulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR