Kestutis Yankauskas: "Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik"

Kestutis Yankauskas: "Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik"
  • Clock-gray 11:34
  • calendar-gray 22 Yanvar 2020

"Seçkilər hər bir ölkədə keçirilən normal prosesdir. Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib: "Biz Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasından müşahidəçilər dəvət etməsini alqışlayırıq. Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək. Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date