Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

Kim Çen In Azərbaycan Prezidentini təbrik edib
# 29 may 2020 15:38 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR