Koronavirusa görə ATƏT PA-nın illik sessiyası təxirə salınıb

Koronavirusa görə ATƏT PA-nın illik sessiyası təxirə salınıb
# 02 aprel 2020 12:15 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar ATƏT Parlament Assambleyasının (PA) illik sessiyası təxirə salınıb.

APA-nın təşkilata istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Kanada nümayəndə heyətinin rəhbəri Hedi Fray bildirib.

“Bu ortaq qərar COVID-19-un səbəb olduğu indiki pandemiya ilə əlaqədar bütün iştirakçıların sağlamlığı və təhlükəsizliyi, o cümlədən səyahətlərə tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq, diqqətlə düşünüldükdən sonra qəbul edilib”, - deyə qeyd olunub.

Xatırladaq ki, “Vankuverdən Vladivostoka qədər fikir ayrılıqlarının aradan qaldırılması və insan təhlükəsizliyinin təmin olunması” mövzusunda olacaq illik sessiyanın iyulun 3-7-də Vankuverdə keçirilməsi planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR