Koronavirusla bağlı Qazaxıstan səfirliyində xüsusi telefon xətti açılıb

Koronavirusla bağlı Qazaxıstan səfirliyində xüsusi telefon xətti açılıb
# 29 yanvar 2020 17:04 (UTC +04:00)

Koronavirusun yayılma təhlükəsi ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfirliyində xüsusi telefon xətti açılıb.

Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları üçün açılan telefon xətti (+7 771 725 5555) günün bütün saatlarında aktivdir.

Məlumatda o da qeyd olunub ki, Qazaxıstan Səhiyyə Nazirliyinin nəzdində (1406 və +7 717 2 76 80 43) çağrı mərkəzləri də yaradılıb və burada Qazaxıstan vətəndaşları koronavirusun dünyada yayılması ilə bağlı maraq doğuran bütün məlumatları, həmçinin profilaktik tədbirləri və xəstəliyin əsas əlamətləri barədə məlumat öyrənə bilirlər.

“Qazaxıstan Xarici İşlər Nazirliyində də “qaynar xətt” mövcuddur. İş vaxtı Qazaxıstan vətəndaşları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: +7 (7172) 72-05-73, +7 (7172) 72-01-98, +7 (7172) 720493. Qeyri-iş vaxtı və istirahət günlərində bu nömrəyə zəng etmək mümkündür: +7 (7172) 72-01-112”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR