Latviyalı nazir: "Şadam ki, Azərbaycanla müxtəlif sahələrdə inkişaf edən əlaqələrimiz var"

Latviyalı nazir: "Şadam ki, Azərbaycanla müxtəlif sahələrdə inkişaf edən əlaqələrimiz var"
  • Clock-gray 15:41
  • calendar-gray 12 Dekabr 2019

“Şadam ki, Azərbaycanla müxtəlif sahələrdə inkişaf edən əlaqələrimiz var”.

APA-nın xəbərinə görə, bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. 

Latviya XİN başçısı bildirib ki, azərbaycanlı həmkarı ilə müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələlərini müzakirə ediblər: “Biz iki ölkə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsi, siyasi və iqtisadi əlaqələr, növbəti ilə planlaşdırılan hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini müzakirə etdik. Mən çox şadam ki, iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrimiz var”.

Nazir qeyd edib ki, Azərbaycanla Latviya arasında aviareyslər ancaq yay mövsümündə həyata keçirilir, lakin iki ölkə arasında aviareyslərin mütəmadi olması münasibətlərə müsbət təsir edə bilər.

E. Rinkeviçs vurğulayıb ki, Latviya "Şərq Tərəfdaşlığı”nın üzvü olan Azərbaycanın bu format çərçivəsində əməkdaşlıqda rolu və baxışını öyrənməkdə maraqlıdır. 

Zümrüd Paşkin

Digər xəbərlər