Lavrov: “Rusiya və Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir”

Lavrov: “Rusiya və Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir”
  • Clock-gray 13:22
  • calendar-gray 03 Dekabr 2019

“Rusiya və Azərbaycan arasında hərbi texniki əməkdaşlıq strateji tərəfdaşlığın əsas sahələrindən biridir. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk”.

APA-nın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı nazir qeyd edib ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var: “Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”.

Zümrüd Paşkin

Digər xəbərlər