Leyla Abdullayeva: “Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması serbiyalı diplomatın diqqətinə çatdırılıb”

Leyla Abdullayeva: “Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması serbiyalı diplomatın diqqətinə çatdırılıb”
# 21 iyul 2020 11:45 (UTC +04:00)

“Dünən Serbiya müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, Serbiyanın Ermənistana silah satmasının Azərbaycan-Serbiya münasibətlərinin ruhuna cavab vermədiyi qeyd olunub: “Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması diqqətə çatdırılıb. Görüş zamanı Serbiya müvəqqəti işlər vəkili silah satışı məsələsindən xəbərsiz olduğunu, bu məsələni ölkəsinin rəhbərliyinə məruzə edəcəyini söyləyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR