Litvanın Xarici İşlər naziri Azərbaycan xalqını təbrik edib

Litvanın Xarici İşlər naziri Azərbaycan xalqını təbrik edib
# 28 may 2020 12:14 (UTC +04:00)

Litvanın Xarici İşlər naziri Linas Linkeviçius Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, litvalı nazir bu barədə "Twitter"də qeyd edib.

"Bu gün Respublika Gününü qeyd edən Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Ölkələrimiz arasındakı əməkdaşlığı və xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsini məmnuniyyətlə gözləyirəm", - nazir bildirib.

Qeyd edək ki, Litvanın Xarici İşlər naziri təbrikini Azərbaycan dilində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR