Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minadan təmizlənməsinə vəsait ayırıb

Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minadan təmizlənməsinə vəsait ayırıb
  • Clock-gray 19:21
  • calendar-gray 14 Yanvar 2021

Macarıstan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə 25 min avro qrant ayırıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook”da bildirib.

“Böyük məbləğ deyil, amma dostluq münasibətlərinin ifadəsi baxımından çox dəyərlidir”, - deyə səfir qeyd edib.

Firuzə Vahid

Digər xəbərlər