Mehriban Əliyeva Türkiyəni təbrik edib

Mehriban Əliyeva Türkiyəni təbrik edib
  • Clock-gray 12:53
  • calendar-gray 29 Oktyabr 2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da Türkiyə xalqının Respublika Günü münasibəti ilə paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir: “Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!"

apa-logo-mini

Digər xəbərlər