Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib

Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib
  • Clock-gray 14:13
  • calendar-gray 15 Aprel 2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.

APA xəbər verir ki, Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsindəki paylaşımında bunları yazıb: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın simvolu olan “Atakule”də Türkiyə və Azərbaycan həmrəyliyini göstərmək məqsədi ilə hər iki ölkənin bayraqları rəngli işıqların və musiqinin müşayiəti ilə dalğalandırılıb. 

Qüllənin zirvəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!”, ardınca isə “Can Azərbaycana sevgilərlə” ifadələri rəngli işıqların fonunda yer alıb. 

Bundan öncə, aprelin 11-də isə Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə görüntülənib. 

apa-logo-mini

Digər xəbərlər