Milli Məclisin üzvləri Moldovada Prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin üzvləri Moldovada Prezident seçkilərini müşahidə edəcəklər
# 28 oktyabr 2020 10:33 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişinau şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi APA-ya verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR