Millət vəkili: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının çağırılması diplomatiyamızın növbəti qələbəsidir"

Millət vəkili: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının çağırılması diplomatiyamızın növbəti qələbəsidir"
# 06 noyabr 2020 18:14 (UTC +04:00)

“Dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən COVID-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması koronavirusla qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Bunu APA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmiz bu statusda artıq bir neçə vacib məsələni gündəmə gətirməklə qlobal problemlərin həlli istiqamətində təqdirəlayiq təşəbbüslərlə çıxış edib: “Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə əsas qlobal güclərlə birlikdə qlobal məsələlərin həlli ilə məşğul olur. Dövlət və hökumət başçıları səviyyəsində dünyada sağlamlığa, təhlükəsizliyə ciddi təhlükə törədən COVID-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”.

Deputat qeyd edib ki, BMT-yə üzv olan ölkələrin hökumət və dövlət başçılarının növbədənkənar xüsusi sessiyasının keçirilməsi BMT-nin 75 illik tarixində nadir hadisələrdəndir: “Bu mənada bunu Prezident İlham Əliyevin beynəlxalq aləmdə diplomatiyasının zəfəri kimi qəbul etmək olar. Təbii ki, 3-4 dekabrda keçiriləcək xüsusi sessiyanın mükəmməl proqramı var. Sözsüz ki, öncə sessiyanın açılış hissəsi olacaq. Fəxrlə deyə bilərik ki, açılış sessiyasında çıxış edəcək cəmi 5 nəfərdən biri möhtərəm Prezidentimizdir. Qeyd etmək istərdim ki, açılış sessiyyasında BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması ölkəmizin və Prezidentimizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Bu, Azərbaycan diplomatiyasının böyük uğurlarından biridir. 200-dən çox üzvü olan BMT-nin xüsusi sessiyasının açılışında Azərbaycan kimi ərazicə kiçik, ancaq beynəlxalq arenada güclü, öz sözünü deyən ölkənin Prezidentinin çıxışına yer verilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Bu, çox qürurverici hadisədir və nadir dövlət başçısına qismət olan hadisədir. Çünki nəzərə almalıyıq ki, BMT-də olan 200 dövlətin və hökumətin başçısı deyil, məhz Azərbaycan Prezidenti İlham Əlyevin çıxışı xüsusi sessiyanın proqramına salınıb. Digər sessiyalarda istənilən ölkə və hökumət başçısı çıxış etsə də, açılış nitqini etmək hər dövlət başçısına nəsib olmur. Açılış nitqində Prezident İlham Əliyevin çıxışına yer verilməsi bizim üçün əlavə fürsət yaradacaq ki, koronavirus pandemiyası dövründə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz siyasəti, hərbi təxribatlarla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın. Bu göstərir ki, ölkəmiz və dövlətimizin başçısı həm döyüş meydanında, həm informasiya məkanında, həm də beynəlxalq platformada böyük uğurlara imza atmağa qadirdir”.

M. İbrahimqızı diqqətə çatdırıb ki, Ermənistan ilk günlərdən COVID-19 ilə mübarizəyə dair Azərbaycanın xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı mübarizə aparıb: “Onlar sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd ediblər. Görünür, Ermənistan indidən beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Prezidentinin həqiqətləri çatdırmasından narahatdır. Məhz buna görə də bu addımı atıb. Ancaq yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi rədd edilib. Bu isə Azərbaycanın beynəlxalq nüfuzu kimi qiymətləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR