Miloş Zeman Prezident İlham Əliyevi təbrik edib

Miloş Zeman Prezident İlham Əliyevi təbrik edib
# 21 may 2020 16:32 (UTC +04:00)

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək.

Zati-aliləri, Sizə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR