Mixail Qusman "Şərəf” ordeni ilə təltif edilib

Mixail Qusman "Şərəf” ordeni ilə təltif edilib
  • Clock-gray 09:08
  • calendar-gray 23 Yanvar 2020

Prezident İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, M. Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb. 

Prezident İlham Əliyev həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Mixail Solomonoviç. 

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.

 

apa-logo-mini

Digər xəbərlər