Məmmədyarov: “Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür”

Məmmədyarov: “Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür”
  • Clock-gray 11:44
  • calendar-gray 30 Dekabr 2019

“Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür. Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində postsovet ölkələrinin Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcburdur qalması barədə fikirlərə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirərək, Azərbaycan artıq mühüm nəticələr əldə edib.

“Əminik ki, bu qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşdirilməsi xəttini düzgün qurmaqla daha da böyük uğurlara imza atacağıq. Ancaq ümumilikdə, ATƏT Nazirlər Şurasının bu yaxınlarda Bratislavada keçirilən iclasında yenidən səsləndirilən - fərqli vektorlarda çox şaxəli əməkdaşlığın inkişafına mane olmayan ümumi təhlükəsizlik məkanının birliyi və bölünməzliyindən irəli gələn mövqedən çıxış edirik”, - deyə o qeyd edib.

apa-logo-mini

Digər xəbərlər