Moldova Parlamentinin Sədri Azərbaycan Prezidentini təbrik edib

Moldova Parlamentinin Sədri Azərbaycan Prezidentini təbrik edib
# 13 fevral 2020 18:02 (UTC +04:00)

Moldova Respublikası Parlamentinin Sədri Zinaida Qreçanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Sizin sədri olduğunuz hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində layiqli qələbə qazanaraq respublikanın qanunvericilik orqanında yerlərin çoxunu əldə etməsi münasibətilə Moldova Respublikasının parlamenti adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Ümidvaram ki, Azərbaycan Respublikasının yeni parlamenti Moldova Respublikasının parlamenti ilə birgə və səmərəli fəaliyyəti davam etdirəcək.

Əminəm ki, ikitərəfli əlaqələrin bütün kompleksinin daha da inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə konstruktiv dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xalqlarımızın əsas mənafelərinə cavab verəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram. Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR