Moldovada yaşayan azərbaycanlılar Dövlət Bayraq Gününü qeyd ediblər - FOTO

Moldovada yaşayan azərbaycanlılar Dövlət Bayraq Gününü qeyd ediblər - FOTO
# 10 noyabr 2020 08:24 (UTC +04:00)

Noyabrın 9-da Moldovada yaşayan azərbaycanlılar Dövlət Bayraq Günü münasibətilə ölkəmizin Moldovadakı Səfirliyinə toplaşaraq ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Q.Osmanov və Azərbaycan diaspor fəalları tərəfindən nitq söylənilərək milli mənsubiyyət və həmrəylik rəmzi olan bayrağımızın dəyərini və mahiyyətini ölkə hüdudlarından kənarda hər bir həmvətənlilərimizin bilməli və əməl etməli olduğu bildirilib, üçrəngli bayrağın müstəqil Azərbaycanda dalğalandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğunda oynadığı mühüm rol və ictimai-siyasi fəaliyyətinin Azərbaycanın inkişafına xidmət etdiyi qeyd edilib.

Daha sonra tədbir Türkiyənin Moldovadakı Səfirliyində davam etdirilib. Dövlət Bayraq Günü münasibətilə həmyerlilərimizi təbrik edən türk diplomatlar çıxış edərək qardaş dövlətlərimizin şanlı keçmişindən danışıb, hazırda bir çox sahələrdə apardığı uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə, soydaşlarımız Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldovanın memorial kompleksinə gələrək 2012-ci ildə ildə yaradılmış Şuşaya dair xatirə lövhəsi önünə gül qoyub.

Səfir Q.Osmanov çıxış edərək Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən əldə edilən qələbələrin hər bir azərbaycanlı üçün qürur və fəxarət olduğunu, Moldovada yaşayan azərbaycanlı icma tərəfindən ölkəmizin ədalətli mövqeyinin təbliğ edilməsi və erməni təcavüzünə qarşı həmrəylik nümayiş etdirilməsinin bu qələbələrin dünyada daha da möhkəmləndirilməsinə xidmət edəcəyini dilə gətirib.

Tədbir 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə abidə ətrafına 8 ədəd şam ağacı əkilməsi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR