Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Prezident İlham Əliyevi təbrik edib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Prezident İlham Əliyevi təbrik edib
# 24 dekabr 2020 18:37 (UTC +04:00)

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan Respublikasının Prezidenti, MDBMİ-nin fəxri doktoru İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizi tanıyanların hamısı həmişə qeyd edirlər ki, Siz istedadlı rəhbər, parlaq dövlət xadimi, öz işinə ürəkdən sadiq olan, ölkəsinin tərəqqisi və onun xalqının rifahı naminə bütün varlığı ilə çalışan şəxsiyyətsiniz.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməyə şadam.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, gözəl Azərbaycanın rifahı naminə nəcib işinizdə sadiq silahdaşlar və daimi uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR