Moskva müftisi Prezident İlham Əliyevi təbrik edib

Moskva müftisi Prezident İlham Əliyevi təbrik edib
  • Clock-gray 12:27
  • calendar-gray 24 Dekabr 2020

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Doğum günü, sadəcə, bayram deyil. Bu, keçilmiş həyat yolu, gələcək planlar, hələ fəth edilməli yeni zirvələrə aparan yollar barədə düşünmək üçün bir fürsətdir. Sizin əməksevərliyinizi, əzmkarlığınızı, məqsədyönlülüyünüzü və peşəkarlığınızı, ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızı bildiyimiz üçün əminik ki, Siz öz dövlətinizin və xalqınızın mənafeyi naminə həmişə müsbət nəticələrə nail olacaqsınız.

Sizin yüksək səriştənizə və səmimiyyətinizə, insanlara həssas münasibətinizə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədalətin bərpa olunması barədə çoxdankı arzusu həyata keçib. Sizin həyatınız insanın zəkasının, təşəbbüskarlığının və əməksevərliyinin ona uğur və haqlı hörmət qazandırdığına parlaq nümunədir.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizin ən fərəhli hisslərinizə şərik olaraq Sizə səmimi-qəlbdən uzun və məhsuldar ömür, möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün planlarınızın həyata keçməsini, gümrah və xoş əhval-ruhiyyə diləyirik. Doğmalarınıza və yaxınlarınıza firavanlıq və rifah arzu edirik.

Ulu Tanrı haqq yolunda Sizi qorusun və xeyirxah əməllərinizin əvəzini versin”.

 

apa-logo-mini

Digər xəbərlər