Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib
  • Clock-gray 12:15
  • calendar-gray 29 Noyabr 2019

Bu ilin 27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.

apa-logo-mini

Digər xəbərlər