Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib

Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib
  • Clock-gray 22:40
  • calendar-gray 30 Yanvar 2021

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. 

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.

Üçtərəfli işçi qrupun iclası zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb.

Fərid Əkbərov

Digər xəbərlər