Moskvadakı Azərbaycan pavilyonunda Xocalı soyqırımına həsr olunan sərgi təşkil olunub

Moskvadakı Azərbaycan pavilyonunda Xocalı soyqırımına həsr olunan sərgi təşkil olunub
  • Clock-gray 13:31
  • calendar-gray 27 Fevral 2021

Ümumrusiya Xalq Nailiyyətləri Sərgisindəki (VDNX) Azərbaycan pavilyonunda Xocalı soyqırımına həsr olunan sərgi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərgi Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım gecəsi tədbiri çərçivəsində təşkil olunub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Azərbaycan Pavilyonunun təşkilatçılığı ilə keçilən tədbirdə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, gənc fəallar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Pavilyonunun direktoru Səadət Qədirova tədbirin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse prezidenti, AMOR sədri Leyla Əliyevanın təəşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasına kiçik töhvə kimi keçirildiyini söyləyib: “Bu gün məhz bu kampaniya sayəsində bütün dünya azərbaycanlıları beynəlxalq platformalarda Xocalıya ədalət səsinin duyulmasına nail olurlar. Mənim üçün bu gün burada gənclərin toplanması çox vacibdir. Bu gənc nəsil insanlar, hansılar ki, ürəklərində nifrət, kin olmadan yaşamalıdırlar, lakin heç vaxt fevralın 25-dən 26-na keçən gecə baş verənləri unutmamalıdırlar”.

S. Qədirova azərbaycanlıların 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb etdiklərini bildirib: “Bu gün biz bu tarixi ürək ağrısı ilə qeyd edirik. Lakin ürəyimizdə ümid var. İgid Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin sayəsində 44 günlük müharibə Azərbaycana çoxdan gözlənilən qələbəni gətirdi. Çox ümid edirəm ki, tezliklə hələ də sərbəst gəzən Xocalı cinayətkarları beynəlxalq məhkəmə qarşısına çıxarılacaq və bundan sonra biz Xocalıda ədalətin zəfər çaldığını deyə bilərik”.

Tədbir çərçivəsində içtirakçılar üçün Xocalı soyqrımına həsr olunan arxiv şəkillərindən və cinayətkarın özlərinin Xocalıda törətdikləri qırğınlar barədə etiraflarının yazıldığı plakatlardan ibarət sərgi təşkil olunub və “Xocalı soyqırımı-bəşəriyyət tarixnin utancverici səhifəsi” adlı sənədli film nümayiş olunub.

Fərid Əkbərov

Digər xəbərlər