Musa Qasımlı: “Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir”

Musa Qasımlı: “Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir”
# 13 may 2020 15:12 (UTC +04:00)

“Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, Hitler Almaniyası işğal etdiyi ərazilərdə əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı, işğalçı ermənilər isə Azərbaycan ərazilərində və Azərbaycan xalqının tarixi torpağı olan indiki Ermənistanda xalqımıza aid olan hər şeyi şey tarixdən silib, qəbiristanlıqları dağıdıb: "İkinci Dünya Müharibəsi illərində bir sıra erməni xadimləri və ayrı-ayrı qrupların faşist Almaniyasının kəşfiyyatı ilə əlaqələrinin olmasına dair çoxlu sayda rəsmi arxiv sənədləri var. Njde və Dro haqqında sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar bunu təsdiq edir. Bu şəxslər və digərləri təkcə 1914-1920-ci illərdə türkləri kütləvi şəkildə öldürməyiblər, eyni zamanda müharibə illərində rusları, digər slavyan xalqlarını da öldürməyə dair çağırışlar ediblər və onun həyata keçirilməsində iştirak ediblər. Yəhudilərə qarşı törədilən Holokostda ermənilərin əli var. Erməni qruplarının əli Baltikyanı xalqların, gürcülərin və digərlərinin də qanına batıb. Bu gün Ermənistanda neonasizmin dövlət siyasəti olması, Njdeyə abidə qoyulması, adına küçə verilməsi əbəs deyil”.

M. Qasımlı vurğulayıb ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan da həmin qanın və ideologiyanın daşıyıcısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR