Mustafa Şentop: “Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır”

Mustafa Şentop: “Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır”
  • Clock-gray 11:46
  • calendar-gray 20 Oktyabr 2020

“Asiya qitəsinin bütün sahələrdə rolu artdığı üçün XXI əsri “Asiya əsri” də adlnadırırlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Türkiyə və Azərbaycan işbirliyi bu perspektivləri özündə birləşdirir: “Bakı-Tblisi-Qars və digər layihələr bu siyasətin bel sümüyünü təşkil etməkdədir. Türkiyə  və Azərbaycanın ətrafındakı regionlar da daha sıx əməkdaşlıq edəcək. Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır. Bu coğrafiyada bütün bölünmüşlüklərə baxmayaraq, region dövlətləri ət və dırnaq kimi birlikdədir. Bütün hücumlarda da bu stratejik birliyimizi baltalamaq məqsədi var. Türkiyə və Azərbaycanın qəlbi eyni məqsəd üçün birlikdə atdıqca bütün cahana səsimizin nə qədər güclü olduğunu bəyan edəcəyik”.

Firuzə Vahid

Digər xəbərlər