Mustafa Şentop: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda islahatların çox uğurlu nəticələr verəcəyinə inanırıq”

Mustafa Şentop: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda islahatların çox uğurlu nəticələr verəcəyinə inanırıq”
  • Clock-gray 13:00
  • calendar-gray 18 Dekabr 2019

“Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdım”.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Türkiyə olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquq, iqtisadiyyat və digər sahələrdə aparılan islahatları böyük rəğbətlə izləyirlər.

“Bu islahatların qardaş Azərbaycanın gələcəyi baxımından çox uğurlu nəticələr verəcəyinə inanırıq. Seçkilərin də Azərbaycan üçün uğurlu olmasını bir daha diləyirəm”, - deyə o qeyd edib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər