Mustafa Şentopun Azərbaycana səfəri başlayıb

 Mustafa Şentopun Azərbaycana səfəri başlayıb
  • Clock-gray 14:57
  • calendar-gray 18 Oktyabr 2020

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayəndə heyətini Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanında TBMM-nin sədri Mustafa Şəntop KİV nümayəndələrinə Azərbaycan Respublikasına səfərin məqsədi barədə açıqlama verib.

Səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.

 

Firuzə Vahid

Digər xəbərlər