Mustafa Şəntop: “Qardaş Azərbaycanın “20 Yanvar” şəhidlərini rəhmətlə yad edirəm”

Mustafa Şəntop: “Qardaş Azərbaycanın “20 Yanvar” şəhidlərini rəhmətlə yad edirəm”
# 20 yanvar 2021 21:58 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olan 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar xalqımıza başsağlığı diləyib.

APA-nın yerli bürosunun xəbərinə görə, TBMM sədri bu barədə “Twıtter” hesabında bildirib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğuruna 20 Yanvar 1990-cı ildə şəhid olan qəhrəmanları rəhmət və minnətlə yad edirəm”, deyə M.Şəntop bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR