Müvəqqəti işlər vəkili: “Kəşmirlilərin öz müqəddəratını təyin edəcəyi gün uzaqda deyil”

Müvəqqəti işlər vəkili: “Kəşmirlilərin öz müqəddəratını təyin edəcəyi gün uzaqda deyil”
# 05 avqust 2020 12:03 (UTC +04:00)

“Azərbaycan Kəşmirlə bağlı Pakistanın mövqeyini yaxşı anlayır”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Naveed Anjun jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan da öz torpaqlarının - Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalından əziyyət çəkir, ölkənin 1 milyondan çox qaçqın və məcburi köçkünü var.

Müvəqqəti işlər vəkili Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb.

Kəşmir münaqişəsinə toxunan pakistanlı diplomatın sözlərinə görə, Kəşmir 365 gündür blokadadır, ərazidəki bütün kommunikasiya vasitələri Hindistanın nəzarəti altındadır.

Naveed Anjum Kəşmirdə vəziyyətin ağır olduğunu və beynəlxalq ictimaiyyətin buna xüsusi diqqət ayırmalı olduğunu qeyd edib: “Pakistan tərəfi Kəşmir münaqişəsində kəşmirlilərin hüquqlarının müdafiə edir və bu münaqişənin həllinə sadiqdir. Biz inanırıq ki, kəşmirlilərin öz müqəddəratını təyin edəcəyi gün çox da uzaqda deyil”.

Diplomat daha sonra Pakistan Prezidenti Arif Alvi və Baş Nazir İmran Xanın Kəşmirin blokadada olmasının bir illiyi ilə bağlı müraciətlərini səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR