Nazir: “10 noyabr bəyanatı ilə bölgədə yenidənqurma və bərpa, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu”

Nazir: “10 noyabr bəyanatı ilə bölgədə yenidənqurma və bərpa, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu”
# 23 dekabr 2020 19:12 (UTC +04:00)

“10 noyabr birgə bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans formatında keçirilən iclasında deyib.

Nazir bildirib ki, bundan sonra da səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən, qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb olunması, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin gücləndirilməsinə yönələcək: “Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və uğurlu siyasəti əsasında ölkəmizin davamlı inkişafı və regional, eləcə də qlobal rolunun möhkəmləndirilməsi istiqamətində səylərimiz davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR