Nazir: “Azərbaycanla Macarıstan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanıb”

Nazir: “Azərbaycanla Macarıstan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanıb”
# 10 mart 2021 13:14 (UTC +04:00)

“Macarıstanın 2010-cu ildə Azərbaycanda səfirliyi açılıb və həmin vaxtdan intensiv əməkdaşlıq həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

P. Siyarto deyib ki, iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı hörmətə əsaslanıb: “Heç vaxt bir-birimizin daxili işlərinə qarışmamışıq. Ölkələrimiz arasında açıq qalan siyasi məsələ mövcud deyil. Bu, bizə iqtisadi və biznes sahəsində əməkdaşlığımızı inkişaf etdirməyə imkan verib. Ədalətli və düzgün siyasi əməkdaşlıq nəticəsində Macarıstan iqtisadiyyatı da faydalar əldə edib. Macarıstanın “Hell” şirkəti energetik içkilər sahəsində Azərbaycanda liderə çevrilib. Macarıstandan Azərbaycana idxal olunan malların yarısını əczaçılıq malları təşkil edir”.

Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan şirkətlərindən biri də boru sahəsində Azərbaycanda əməkdaşlıq edir: “Macarıstanla Azərbaycan arasında hava əlaqəsini də bərpa etməyi düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR