Nazir: “Bölgədə kommunikasiya xətlərinin açılışı münasibətlərin normallaşmasına xidmət edəcək”

Nazir: “Bölgədə kommunikasiya xətlərinin açılışı münasibətlərin normallaşmasına xidmət edəcək”
# 09 fevral 2021 18:08 (UTC +04:00)

Üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişi bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri Vendi Mortonla görüşü zamanı bildirib.

Nazir deyib ki, Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorika heç də münasibətlərin normallaşmasına xidmət etmir, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güdür.

C. Bayramov Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini, BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etdiyini vurğulayıb. O əlavə edib ki, mövcud olan yeni reallıq hər kəs tərəfindən qəbul olunmalıdır: “Bu xüsusda, Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfər qanunsuz xarakter daşıyır və buna münasibətdə müvafiq tədbirlər həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR