Nazir: "İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır"

Nazir: "İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır"
# 22 dekabr 2020 17:34 (UTC +04:00)

"İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanian bildirib ki, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə hazırdır.

O bildirib ki, iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda danışıqlar aparılıb: “Azərbaycan və İran dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdəndir. Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı haqda müzakirələr aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR