Nazir Özbəkistan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Özbəkistan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 16 mart 2020 17:44 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Şerzod Fayziyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

APA-nın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Ş. Fayziyev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR