Nazir müavini: “Xəzəryanı ölkələr arasında əməkdaşlığa dair doqquz saziş üzərində iş gedir”

Nazir müavini: “Xəzəryanı ölkələr arasında əməkdaşlığa dair doqquz saziş üzərində iş gedir”
# 11 fevral 2020 12:21 (UTC +04:00)

“Xəzəryanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib.

"Kənardan elə bir təəssürat yaranır ki, 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində durğunluq hökm sürür. Bu fikir doğrudurmu" sualına cavab verən Rusiya XİN başçısının müavini, bu fikrin tamamilə yanlış olduğunu söyləyib: "Birincisi, sahilyanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır. Hazırda müvafiq dövlətdaxili proseduralar Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda həyata keçirilib. Ümid edirik ki, İran tərəfi də qarşıdakı parlament seçkilərindən, Məclisin yeni tərkibi formalaşdıqdan sonra bu məsələ ilə yaxından məşğul olacaq.

İkincisi, Konvensiya müxtəlif sahələrdə beştərəfli əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradan bir növ əsasdır. Belə ki, keçən il iqtisadiyyat sahəsində qarşılıqlı əməkdaşlıq xeyli inkişaf edib: Türkmənistanda, Xəzər beşliyi hökumət başçıları səviyyəsində ilk Xəzər İqtisadi Forumu keçirilib. Yeri gəlmişkən, Rusiya gələn ili bu forumu keçirməyi planlaşdırır. Bundan əlavə, təhlükəsizlik, nəqliyyat, turizm və elm sahələrində əməkdaşlıq haqqında doqquz beştərəfli saziş üzərində iş gedir. Ümid edirik ki, onlardan bəziləri Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitinə hazır olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR