Nazir müavini: “Azərbaycan-Gürcüstan sərhəd məsələləri komissiyasının işində yenilik yoxdur”

Nazir müavini: “Azərbaycan-Gürcüstan sərhəd məsələləri komissiyasının işində yenilik yoxdur”
  • Clock-gray 10:08
  • calendar-gray 29 Noyabr 2019

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının işində heç bir yenilik yoxdur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan Xarici İşlər nazirinin müavini, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstan tərəfdən həmsədri Laşa Darsalia deyib.

O bildirib ki, hazırda tərəflər komissiyanın Tbilisidə gözlənilən növbəti görüşünün vaxtını razılaşdırırlar.

“Hazırda biz tarixi razılaşdırırıq. Vaxt müəyyən edildikdən sonra görüş keçiriləcək. Məsələ ilə bağlı hazırda heç bir yenilik yoxdur”, - deyə L. Darsalia qeyd edib.

Səid Babazadə

Digər xəbərlər