Nazir: “Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır”

Nazir: “Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır”
  • Clock-gray 11:47
  • calendar-gray 30 Dekabr 2019

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bir qrup media nümayəndəsinə müsahibəsində deyib.

1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyini xatırladan nazir bildirib ki, Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib.

E. Məmmədyarov qeyd edib ki, iki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış 166 kilometrlik xətt üzrə danışıqlar davam etdirilir: “Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir. Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq”..

apa-logo-mini

Digər xəbərlər