Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
  • Clock-gray 13:12
  • calendar-gray 23 Dekabr 2020

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.

Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!”

apa-logo-mini

Digər xəbərlər