Oliver Varheyli: "Şərq Tərəfdaşlığı" Aİ üçün prioritet olaraq qalır"

Oliver Varheyli: "Şərq Tərəfdaşlığı" Aİ üçün prioritet olaraq qalır"
# 11 iyun 2020 17:11 (UTC +04:00)

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqı (Aİ) üçün prioritet olaraq qalır”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli “Twitter”də bildirib.

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirləri ilə videokonfransda Aİ-nin COVID-19-la mübarizədə verdiyi dəstək və 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı”nın gələcəyini müzakirə edirik. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqı üçün prioritet olaraq qalır və biz bir çox konkret vasitələrlə birlikdə çalışmağa davam edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransı başlayıb. Videokonfrans Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR