Ömer Çelik: “Azərbaycanın tarixi qələbəsindən sonra Ərdoğanın Bakı səfəri çox önəmlidir”

Ömer Çelik: “Azərbaycanın tarixi qələbəsindən sonra Ərdoğanın Bakı səfəri çox önəmlidir”
# 08 dekabr 2020 19:46 (UTC +04:00)

“Azərbaycanın tarixi qələbəsindən sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri çox önəmlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik media nümayəndələrilə görüşdə bildirib.

AK Parti sözçüsü deyib ki, Ərdoğanın rəhbərliyilə Türkiyəli heyət 9-10 dekabrda Azərbaycanda səfərdə olacaq: “Azərbaycana aid torpaqlar artıq əsl sahibindədir”.

Ö. Çelik deyib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzində Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ən yaxın zamanda fəaliyyətə başlayacaq: “Silahlı Qüvvələrimizin vəzifələrinə başlamaq üçün bütün hazırlıqlar tamamlanıb. Yaxında hərbçilərimiz post-patrul xidməti üçün regionda yer alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR