Oqtay Əsədov və Səməd Seyidov Dünya Holokost Forumunda iştirak edəcəklər

Oqtay Əsədov və Səməd Seyidov Dünya Holokost Forumunda iştirak edəcəklər
# 22 yanvar 2020 13:07 (UTC +04:00)

Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Holokost Forumunda iştirak edəcək.

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov 22-23 yanvar tarixlərində Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş “Dünya Holokost Forumu 2020”-ə qatılacaqlar.

Qeyd edək ki, sözügedən forumda 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR