Ötən il Azərbaycan-Rusiya sərhədində daha 25 sərhəd nişanı quraşdırılıb

Ötən il Azərbaycan-Rusiya sərhədində daha 25 sərhəd nişanı quraşdırılıb
# 10 mart 2021 11:11 (UTC +04:00)

Ötən il həmsərhəd ölkələrlə birgə fəaliyyət çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya prosesinin icrası davam etdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2020-ci ildə daha 25 ədəd sərhəd nişanı quraşdırılaraq mövcud sərhəd nişanlarının sayı 170-ə çatdırılıb: “Sərhəd nişanlarının quraşdırıldığı ərazidə sərhəd xətti və meşə zolağının təmizlənməsi təşkil olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR