Ötən il beynəlxalq fəaliyyət üçün sərf olunan vəsait açıqlanıb

Ötən il beynəlxalq fəaliyyət üçün sərf olunan vəsait açıqlanıb
# 10 fevral 2021 17:50 (UTC +04:00)

2020-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 mln. manat vəsait sərf olunub.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin yaydığı Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumatda qeyd olunub ki, 2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 mln. manat vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR