Pakistan Prezidenti: “İnsanlar həm virusla, həm də aclıqla mübarizə aparırlar”

Pakistan Prezidenti: “İnsanlar həm virusla, həm də aclıqla mübarizə aparırlar”
# 04 may 2020 18:07 (UTC +04:00)

“COVID-19 pandemiyasının təsiri qlobal sistemin kövrəkliyini ortaya çıxardı”.

APA-nın xəbərinə görə, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

Pakistan Prezidenti bildirib ki, milyonlarla insan bu virusa yoluxub: “Yüz minlərlə insan öz işini itirib və bu rəqəm artmaqda davam edir. İnsanlar çətinliklə üzləşib. İnsanlar həm virusla, həm də aclıqla mübarizə aparırlar. Bu, qlobal problemdir. Qlobal problem qlobal cavab tələb edir. Bu cavab isə həmrəyliyə, beynəlxalq əməkdaşlığa və çoxtərəfli sistemə hörmətə əsaslanmalıdır”.

A. Alvi qeyd edib ki, Pakistanla həmsərhəd dövlətlər pandemiyanın ağır təsirlərinə məruz qalıb.

O yeni növ koronavirusla mübarizə çərçivəsində Pakistanın vaxtında lazımi addımlar atdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR