Pakistan QH-nın video-konfrans formatında görüşünə qatılacaq

Pakistan QH-nın video-konfrans formatında görüşünə qatılacaq
# 27 aprel 2020 16:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi ilə Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin liderlərinin "Yeni Koronavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə Birlik" adı altında 4 May 2020-ci il tarixində video-konfrans formatında keçiriləcək Zirvə görüşündə Pakistan ən yüksək səviyyədə təmsil olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə "Twitter"də bildirib.

Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də video-konfrans formatında koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşü keçiriləcək. Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR