Pakistan XİN Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin razılaşdırılmasına münasibət bildirib

Pakistan XİN Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin razılaşdırılmasına münasibət bildirib
# 10 oktyabr 2020 21:37 (UTC +04:00)

"Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.

APA-nın xəbərinə görə, bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb.

“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək", - Pakistan XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR