Pakistan və Azərbaycan arasında fövqəladə hallarda əməkdaşlığa dair İşçi Qrupu yaradılacaq

Pakistan və Azərbaycan arasında fövqəladə hallarda əməkdaşlığa dair İşçi Qrupu yaradılacaq
# 30 mart 2021 12:09 (UTC +04:00)

Pakistan və Azərbaycan arasında Birgə İşçi Qrupu yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin aprelin 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcək.

Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayacaq və təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR